Rusiya Ukraynadakı müharibədə son sutka ərzində daha 630 hərbçisini itirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bununla da Rusiya ordusunun itkilərinin ümumi sayı 220 450 əsgər təşkil edib. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus bir helikopteri və 12 PUA-nı məhv edib.
Bizim.Media