Şimali Kipr Türk Respublikasındakı (KKTC) Ercan Hava Limanının yeni terminalı iyul ayının 20-də istifadəyə veriləcək.
Bizim.Media TurkicWorld-a istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.
Qeyd edək ki, vitse-prezident Cevdet Yılmazı səfəri çərçivəsində KKTC-nin Baş naziri Ünal Üstel, Türkiyənin Lefkoşa səfiri Metin Feyzioğlu müşaiyət ediblər.
"Rəcəb Tayyib Ərdoğan ötən günlərdə baş tutan səfəri zamanı bu layihənin tamamlanmalı olduğunu çox açıq şəkildə ifadə edib”, – deyə Yılmaz qeyd edib.
O bildirib ki, terminal binasında araşdırmalar apararaq, bəzi texniki məsələlər üzrə görüşlər keçiriləcək.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk səfərini KKTC-yə edib.
Bizim.Media