Ukrayna Silahlı Qüvvələrinin əks-hücum perspektivləri yüksək deyil.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna Baş Kəşfiyyat İdarəsinin zabiti, İsrail xüsusi təyinatlılarının keçmiş döyüşçüsü Denis Desyatnik ukraynalı jurnalistlərə müsahibəsində səsləndirib.
Onun fikrincə, müharibə danışıqlarla yekunlaşacaq.
“O zaman biz Ukraynanın bəzi ərazilərindən, məsələn, Donbassın bir hissəsindən imtina edəcəyik. “Düşməni 100% 1991-ci il sərhədlərinədək qovacağıq və qalib gələcəyik” düşüncəsi cəfəngiyyatdır. Bütün müharibələr danışıqlarla sona çatıb”, - Desyatnik bildirib.

Bizim.Media