“Beşiktaş”ın sabiq baş məşqçisi Sergen Yalçın növbəti həftə Bakıya gələcək.
Bizim.Media xəbər verir ki, bu barədə türkiyəli jurnalist Levent Emir Erol paylaşım edib.
O bildirib ki, 51 yaşlı mütəxəssis “Neftçi”nin xüsusi dəvəti ilə paytaxtımıza təşrif buyuracaq. “Ağ-qaralar”ın türkiyəli çalışdırıcı ilə masaya oturacağı və son detalları müzakirə edəcəyi bildirilib.
Qeyd edək ki, hazırda “Neftçi”yə Laurentsiu Regekampf başçılıq edir.
Paytaxt klubu rumıniyalı mütəxəssislə yolları ayırmağa çalışır.
Rəşad Rafiqoğlu, Bizim.Media