“Taxıl müqaviləsinin perspektivləri yoxdur, çünki bu Saziş üzrə Rusiyanın öhdəlikləri yerinə yetirilməyib”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "İzvestiya" nəşrinə müsahibəsində deyib.
Kremlin nümayəndəsi bildirib ki, taxıl sazişi ilə bağlı hər hansı bir son qərar haqqında proqnoz vermək mümkün deyil.
Peskov qeyd edib ki, Rusiya taxıl müqaviləsinin müddətini dəfələrlə uzatmaqla, xoş niyyətini nümayiş etdirib.
Bizim.Media