BMT tərəfdaş ölkələrlə birgə Ukraynaya 1 milyard dollar maddi yardım ayırmaq barədə razılığa gəlib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri Axim Ştayner Ukrayna Baş naziri Denis Şmıqalla görüşdə məlumat verib.
Bildirilib ki, maddi vəsait müharibədən zərər görən Ukraynanın bərpasına xərclənəcək.
Şmıqal özünün teleqram kanalında bildirib ki, görüş zamanı Ukraynanın sürətli yenidənqurma və humanitar minatəmizləmə ehtiyaclarından danışılıb.
Şmıqal qeyd edib ki, söhbət zamanı köçürülən müəssisələrin, kiçik və orta biznesin dəstəklənməsi məsələsi qaldırılıb.
Bizim.Media