“Ukrayna Silahlı Qüvvələri Tavriya istiqamətində ötən sutka ərzində Rusiya ordusunun 4 bölüyünü, 53 hərbi texnikasını məhv edib”.
Bizim.Media Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə “Tavriya” əməliyyat-strateji qoşunlar qrupunun komandanı Aleksandr Tarnavski məlumat verib.
O bildirib ki, Ukrayna ilə Rusiya qoşunları arasında bu istiqamətdə ötən sutka ərzində 36 toqquşma baş verib.
Tarnavskinin sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin 3 sursat anbarı məhv edilib.
Bizim.Media