“Ya Putin ordusuna nəzarət etmir, ya da o, qeyri-adekvatdır”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Afrika liderləri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Zelenski gün ərzində Rusiya ordusu tərəfindən Kiyevə endirilən raket zərbələrini belə şərh edib:
“Rusiya Federasiyasının prezidenti öz ordusuna, muzdlularına, o cümlədən “Vaqneritlərə” nəzarət etmir, çünki Putinin ordusu bizdən sonra bu gün onlara raket zərbəsi endirmiş ölkəyə getmək qərarına gələn digər dövlətlərin liderlərini raketlərlə atəşə tutublar. Bu adam ya nəzarət etmir, ya da qeyri-adekvatdır. Odur ki, belə adamla (Rusiya prezidenti Vladimir Putini nəzərdə tutur - red.) hansı dialoq ola bilər”.