Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan XİN məlumatı təsdiqləsə də səfirin nazirliyə çağırılmasının səbəbi açıqlanmayıb.
Qeyri-rəsmi məlumatlara görə, Rusiya səfirinin Ermənistan XİN-ə çağırılması Laçın dəhlizində baş verən son hadisələrlə bağlıdır.
Həmçinin, rusiyalı diplomata nota verildiyi də bildirilir.
Bizim.Media