Türkiyə bir neçə ölkədə səfirlərini dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
O bildirib ki, Mustafa Levent Bilge Ukraynaya yeni səfir təyin olunub.
Həmçinin, Türkiyənin Bratislavadakı səfiri Yunus Dəmirer Fransaya, Rauf Alp Denktaş Varşavaya, Yavuz Kül Paraqvaya, Mustafa İlker Kılıç Mərakeşə, Nuketta Küçükela Ezbergi Madridə səfir təyin edilib.
Bundan əlavə, Türkiyə prezidentinin baş dövlət müşaviri Mücahit Küçükyılmazın Türkiyənin Əlcəzairdəki səfirliyinə rəhbərlik edəcəyi bildirilir.
Bizim.Media