“Ukraynanın əks-hücum üçün kifayət qədər silahı var”.
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Reuters” agentliyinə müsahibəsində bildirib.
"Biz bütün silahların sahibik. Uğrunda mübarizə aparacaq ciddi heç nə qalmayıb", - deyə Kuleba bildirib.
Bununla yanaşı, Kuleba jurnalistlərin əks-hücumun artıq başlayıb-başlamadığı sualına cavab verməyib. Onun sözlərinə görə, əsas olan əks-hücumun başlama tarixi deyil, Ukraynanın qələbəsi ilə başa çatmasıdır.
Bizim.Media