Hazırda Ermənistanın nəzarətində olan Göyçə mahalında atışma baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə yerli KİV yazıb.
Mənbə yazır ki, 44 yaşlı Karen Poqosyan qohumu, 41 yaşlı Askanaz Poqosyan tərəfindən güllələnib. Yaralı xəstəxanaya yerləşdirilib.
Cinayəti törədən şəxsin tutulması barədə məlumat yoxdur.
Qeyd olunur ki, güllələnən şəxs uzun illər Ukraynada bizneslə məşğul olub və Rusiya-Ukrayna müharibəsi başlayanda bu ölkədən qaçıb.
Bizim.Media