ABŞ-ın Nyu-York şəhərində yerləşən Türk Evinə hücum edilib.
Bizim.Media NTV telekanalına istinadən xəbər verir ki, səhərə yaxın naməlum bir şəxs əlində dəmir parçası ilə binanın aşağı mərtəbələrinin şüşələrini sındırıb.
Hazırda şəhər polisi hadisə ilə bağlı araşdırma aparır.
Qeyd olunur ki, Türkiyənin BMT-dəki daimi nümayəndəliyi və Nyu-Yorkdakı baş konsulluğu məhz bu binada yerləşir.



Bizim.Media