İranda tanınmış müğənnilərə efirə çıxma qadağası qoyulub.
Bizim.Media xəbər verir ki, bununla bağlı informasiyanı "Azad İran" Telegram kanalı yayıb.
Mənbə yazır ki, həmin müğənnilər ölkədə kütləvi etirazçılar zamanı xalqa dəstək olublar. Bu baxımdan molla rejimi tərəfindən onlara qarşı belə tədbir görülüb.
Hətta bəzilərinin ölkədən çıxışına da qadağa qoyulub.

Bizim.Media