Ərdoğan seçki ilə bağlı çox məsələyə AYDINLIQ GƏTİRDİ 

"Mayın 28-ni rekord səs çoxluğu ilə başa vuracağıq".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə vətəndaşlara müraciət edib.

Bizim.Media xəbər verir ki, o, tviterdə seçicilərə etdiyi müraciətində bəzi məsələlərə aydınlıq gətirib.

Türkiyə lideri mayın 28-də səs verəcək vətəndaşlara bir neçə sual ünvanlayıb. O, seçicilərdən bu suallara səmimi cavab vermələrini xahiş edib:

"Seçkilərdən əvvəl zəlzələdən zərər çəkənlərə pulsuz ev vəd edib, sonra onları qonaq olduqları yerlərdən çıxarmağa çalışanlara etibar etmək olarmı? Bürokratik və siyasi həyatında ölkəyə heç bir xeyri olmayan bir şəxsdən bu millətə nə fayda gələ bilər? 17-25 dekabrda çevriliş cəhdində FETO-çularla əməkdaşlıq etdiyini şəxsən öz dili ilə etiraf edən birinə inanmaq olarmı? Rəqiblərini gözdən salmaq üçün şantaj, təhdid, təzyiq və kaset kimi hər yolu məqbul hesab edənlərin siyasi əxlaqına güvənmək olarmı?".

R.T.Ərdoğan bildirib ki, dünən “ağ” dediyinə bu gün “qara” deyən, dünən söylədiyini bu gün inkar edənlərə inanmaq olmaz və bu cür şəxsə övladların gələcəyini əmanət etmək olmaz:

"Millətimiz mayın 14-də Milli Məclisdəki çoxluğu 323 deputatla “Cümhur İttifaqı”na verərək iradəsini bəyan etdi. Prezident seçkilərində 49,5 faiz səslə 27 milyondan çox vətəndaşımız şəxsimizə ehtiram göstərdi. İnşallah, mayın 28-ni əziz millətimizin iradə və dəstəyi nəticəsində rekord səs çoxluğu ilə başa vuracağıq".
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

End of content

No more pages to load

RADİO