Almaniyada Mixail Xodorkovskinin təşkil etdiyi konfransda iki rusiyalı jurnalist zəhərlənib. Hazırda yerli polis baş verən insidenti araşdırır. İstintaqın gedişatı ilə bağlı hər hansı təfərrüat verilmir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Welt qəzeti yayıb.
Mənbə xatırladır ki, aprelin sonunda Berlində vəkil Yuri Şmidtin xatirəsinə insan haqları konfransı keçirilib.
Nəşr yazır ki, zəhərlənənlərdən biri rusiyalı mühacirlərin ABŞ-da yaratdığı “Azad Rusiya” Fonduna rəhbərlik edən jurnalist Natalya Arnodur (Budayeva). O, Facebook səhifəsində aprelin sonu, mayın əvvəllərində nevropatik sindromlar keçirdiyini bildirib.
Zəhərlənən ikinci jurnalistin adı açıqlanmır.

Bizim.Media