Türkiyənin Adana şəhərinin Saimbeyli rayonunda 4,9 maqnitudalı zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri 6,67 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 16:46-da qeydə alınıb.
Qeyd edək ki, daha öncə mayın 3-də Kahramanmaraş şəhərinin Göksun rayonunda 5 maqnitudalı zəlzələ olmuşdu.
Bizim.Media