ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton “Financial Times” qəzetinə müsahibəsində Rusiya prezidenti Vladimir Putini “mürəkkəb və narsist (özündən razı)” insan adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə gazeta.ru saytı yazıb.
Klintonun sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci il seçkilərində qalib gəlməli idi:
“Nəticədə Tramp prezident seçilmədi, Putin də hərəkətə keçmək qərarına gəldi”, - deyə Klinton izah edib.
O, həmçinin əlavə edib ki, Ukraynadakı münaqişə Çin prezidenti Si Cinpini Tayvanla bağlı planlarına yenidən baxmağa məcbur edib.
Bizim.Media