Rusiya Federasiyasının Müdafiə Nazirliyi Baxmutun “Vaqner” özəl hərbi təşkilat (rəhbəri Yevgeni Priqojindir) tərəfindən ələ keçirildiyini elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya rus mətbuatında yer alıb.
"Vaqner Cənub Qüvvələr Qrupunun artilleriya və aviasiyasının dəstəyi ilə Baxmut (Artemovsk) şəhərinin tutulması başa çatıb", - deyə nazirlik bildirib.
Vladimir Putin “Vaqner”i və Rusiya ordusunu Baxmutun tutulması münasibətilə təbrik edib.
Qeyd edilib ki, şəhərin alınması zamanı fərqlənənlərin hamısına dövlət mükafatları təqdim olunacaq.
Bizim.Media