“Müxalifət siyasətə xalqa xidmət vasitəsi kimi deyil, şəxsi mənfəətləri prizmasından baxır. Biz dövlətimizin və millətimizin imkanlarını səfərbər edərək sizin rifahınızın daha da yaxşılaşdırılmasında maraqlı və qətiyyətliyik”.
Bizim.Media xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan Adıyamanda çıxışı zamanı deyib.
O, bütün vətəndaşları mayın 28-də səsverməyə çağırıb və bildirib ki, mayın 28-dən sonra da xalqa xidməti davam etdirəcəklər.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək.
Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
Bizim.Media