Türkiyənin Hakkari-Van yolunda hərbi avtomobil aşıb.
Bizim.Media Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində 9 hərbçi yaralanıb.
Yaralılar ərazidəki xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.
Məlumata görə, qəzaya səbəb yolun sürüşkən olması olub.

Bizim.Media