“Yaponiyanın Xirosima şəhərində keçirilən G-7 ölkələrinin sammitində Çindən Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləməsi tələb olunub”.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə G7 liderlərinin Xirosima sammitinin bitməsinə bir gün qalmış şənbə günü qəbul olunmuş birgə bəyanatında bildirilib.
Çindən həmçinin, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları təcili surətdə dayandırması, eləcə də qoşunlarını Ukraynadan çıxarmaq üçün təzyiq göstərməsı tələb olunub.
Bəyanatda qeyd olunub ki, Çin dövlətlərin ərazi bütövlüyü ilə bağlı BMT-nin Nizamnaməsində əks olunan prinsip və məqsədlərə sadiq qalmalı və Ukrayna ilə birbaşa dialoqa əsaslanan hərtərəfli, ədalətli və davamlı sülhü dəstəkləməlidir.
Rövşən Ziya, Bizim.Media