“CHP sədri Kamal Kılıçdaroğlu Azərbaycandan üzr istəməlidir”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Kamal Kılıçdaroğlu Bakını "həyatımın layihəsi" adlandırdığı nəqliyyat layihəsindən kənarlaşdırmaq niyyətinə görə, Azərbaycandan üzr istəməlidir. O, ortaya çıxardığı xəritələrdə və layihələrdə Azərbaycanı saymayıb. Bununla da turizmi kölgə altına alan, vətəndaşlarımızı narahat edən açıqlamalar edib”, - deyə Çavuşoğlu qeyd edib.
Bizim.Media