Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçiləcəyi təqdirdə üçüncü dəfə prezidentliyə namizəd olmayacağını açıqlayıb.
Bizim.Media xəbər verir ki, Ərdoğan bu barədə CNN telekanalına müsahibəsində danışıb.
“Mövcud qanunlara görə, prezident yalnız iki dəfə seçilə bilər. Mənim birinci səlahiyyət müddətim başa çatıb, hazırda ikinci müddətə seçkilər gedir. İkinci müddətə yenidən seçilməklə bu proses uğurla başa çatacaq”, - deyə Türkiyə rəhbəri qeyd edib.
Bizim.Media