ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Vaşinqton 46 rusiyalı fiziki şəxsi sanksiyalar siyahısına daxil edib. Sanksiyalar siyahısına Rusiyanın Baş nazirinin müavini Viktoriya Abramçenkoya, təhsil naziri Sergey Kravtsova, Rusiya Prezidentinin köməkçisi İqor Levitinə, Rusiya Prezidentinin köməkçisi - Prezidentin nəzarət şöbəsinin müdiri Dmitri Şalkova, Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovanın adı daxil edilib.
Bizim.Media