Dünya Bankı Ukraynaya təxminən 190 milyon avro kredit ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Dünya Bankının göndərdiyi vəsait bu ilin fevral ayı üzrə dövlət orqanlarında çalışan işçilərin və müəllimlərin əmək haqqlarının ödənilməsi üçün Ukrayna dövlət büdcəsindən ayrılan xərcləri qismən ödəyəcək.
Bildirilib ki, kreditin ödəniş müddəti 10 il, güzəşt müddəti isə 4 il olacaq.
Bizim.Media