“Baykar” şirkətinin idarə heyətinin sədri Selçuk Bayraktar Azərbaycan Prezidenti İlham Əliyevə, Liviyanın Baş naziri Əbdülhəmid Dibeybeyə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim edib.
Bizim.Media xəbər verir ki, hədiyyələr bu gün Türkiyədə keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak ediblər.
Bizim.Media