İsmayıllı rayonunun Bizlan kəndində torpaq sürüşməsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, təbii hadisə nəticəsində Xasiyev Müslüm Məhərrəm oğluna məxsus iki mərtəbəli yaşayış evi ciddi zərər görərək yaşayış üçün yararsız vəziyyətə düşüb. Belə ki, Üç ailənin məskunlaşdığı evin bir hissəsi çöküb.
Hadisə yerində aidiyyəti qurumların əməkdaşları tərəfindən ilkin araşdırmalar aparılıb. Məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətindən bildirilib ki, 2026-cı il iyulun 10-da baş vermiş hadisə ilə əlaqədar Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən operativ araşdırma aparılıb, müvafiq məlumatlar hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib:
“Hadisə barədə Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatlandırılıb. Yaxın günlərdə yaradılacaq xüsusi komissiya əraziyə baxış keçirəcək, sürüşmənin miqyası və dəymiş ziyanın həcmi müəyyənləşdirilərək müvafiq qərar qəbul olunacaq. Məsələ nəzarətdə saxlanılır və nəticələrin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir”.
Bizim Media,Aran bürosu