Sevastopolda (Krım) Kazak buxtasında dəhşətli yanğın başlayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, ilkin ehtimallar yanacaq çəninin dron vasitəsilə vurulmasını göstərir.
Bildirilib ki, dördüncü çətinlik dərəcəsi verilən yanğının sahəsi təxminən 1 000 kvadratmetrdir.
Xoşbəxtlikdən zərərçəkən yoxdur. Yaxınlıqda heç bir mülki obyekt mövcud deyil.
Bizim.Media