Yaponiya koronavirus pandemiyası ilə əlaqədar sərhəd keçid məhdudiyyətlərinin əksəriyyətini ləğv edir.
Bizim.Media xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Bildirilib ki, aprelin 29-dan etibarən ölkəyə daxil olmaq üçün yola düşməzdən əvvəl virusa qarşı peyvənd sübutu və ya COVID-19 üçün mənfi testin təqdim edilməsinə ehtiyac olmayacaq.
Yeni qərara əsasən mayın 8-dən sonra koronavirusla bağlı testlər könüllülük əsasında aparılacaq. Virus aşkar edilərsə, ölkəyə gələn qonaqlar özlərini təcrid etməli olacaqlar.
Bizim.Media