Aprelin 27-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Ermənistan səfiri V.Arutyunyan ilə ayrı-ayrılıqda görüşlər keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, görüşdə tərəflər Qarabağdakı vəziyyəti və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə ediblər.
Görüşdə həmçinin Laçın dəhlizində və ümumilikdə Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilib.
Bizim.Media