Dünya şöhrətli müğənni, bəstəkar, pianoçu Prins Minnesotadakı evində ölü tapılıb.
Axar.az xəbər verir ki, Amerika mediasının xəbərinə görə 57 yaşında vəfat edən müğənninin ölüm səbəbi hələ ki, məlum deyil.
1980-ci ildən beynəlxalq səviyyədə şöhrət qazanan müğənninin diskləri kariyerası boyu 100 milyondan çox satılıb.
Kariyerası boyu 30-dan çox albom buraxan Prins Rocer Nelsonun ən məşhur mahnıları “Sənin üçün”x9d (For you) və “Göyərçinlər ağlayanda”x9ddır (When doves cry).