Türkiyənin İstanbul şəhərində televiziya binasında yanğın başlayıb.
Bizim.Media xəbər verir ki, İstanbulun Küçükçəkməcə rayonunda 11 mərtəbəli binanın zirzəmisində yerləşən xalça fabrikində yanğın baş verib.
Şiddətli alov binanın digər mərtəbələrini, o cümlədən burada fəaliyyət göstərən “Akit” Media Qrupuna məxsus “Akit” qəzeti və televiziyasının ofisinə yayılıb.
Əraziyə AFAD yanğından mühafizə xidməti cəlb edilib, yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Bizim.Media