Sudanda ordu ilə Xüsusi Təyinatlı Qüvvələr arasında silahlı toqquşmalar nəticəsində həlak olanların sayı xeyli artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, aprelin 15-də başlayan və 11 ştatda baş verən qarşıdurmalarda indiyədək 512 nəfər həyatını itirib, 4 193 nəfər yaralanıb.
Qeyd olunub ki, səhiyyə sistemi indiyə qədər nisbətən sabitdir və bəzi xəstəxanalar münaqişə tərəfləri arasında bir neçə gün davam edən ən gərgin döyüşlərdən sonra yenidən açılıb.
Bizim.Media