Sudandan təxliyə edilən 26 nəfər Azərbaycan vətəndaşı Türkiyəyə çatıb.
Bizim.Media xəbər verir ki, onların yaxın günlərdə Azərbaycana yola salınması gözlənilir.
Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb.
Bizim.Media