Almaniyanın avtomobil istehsalçısı "BMW" Rusiyada təhlükəsizlik yastığında yarana biləcək problemlərə görə ölkədəki 4736 avtomobili geri çağırır.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Rosstandart”ın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "BMW" 2022-ci ilin martında Ukraynada hərbi əməliyyatların başlanması fonunda Rusiya bazarını tərk edib. Şirkət artıq ölkədə avtomobil istehsal etmir və yerli bazara avtomobil vermir.
Bizim.Media