Türkiyənin Malatya vilayətində 6 fevralda baş verən zəlzələdən zərər görən bina çöküb.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Malatyanın Kiçik Mustafa Paşa məhəlləsinin Zapçıoğlu küçəsindəki binada olub.
Hadisə nəticəsində 4 nəfər yaralanıb və onlar xəstəxanaya aparılıb.
Uçan binanın bəzi hissələri bitişik binanın divarına da ziyan vurub.

Bizim.Media