BMT-nin Baş katibi Antoniu Quterreş aprelin 26-da Vaşinqtona səfəri zamanı ABŞ dövlət katibi Entoni Blinkenlə Ukraynadakı vəziyyəti müzakirə edəcək.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
Düjarrikin qeyd etdiyi kimi, bu səfər əvvəlcədən planlaşdırılıb və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Nyu-Yorkda keçirilən danışıqlarla bağlı deyil.
Bizim.Media