Aİ ölkələrinin Xarici İşlər Nazirləri Şurası Moldovaya müdafiə potensialının inkişafı üçün 40 milyon avro ayrılması qərarını təsdiqləyib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Nikolae Popesku keçirdiyi mətbuat konfransında məlumat verib.
Moldova artıq ötən il Avropa Sülh Fondundan ölkənin silahlı qüvvələrinə və təhlükəsizlik qüvvələrinə dəstək üçün 40 milyon avroya yaxın vəsait alıb.
Vəsaitlərin bir hissəsi haker hücumlarından qorunmaq üçün hərbi maşınların, mühəndis avadanlıqlarının, rabitə vasitələrinin və proqram təminatının alınması üçün nəzərdə tutulub.
Bizim.Media