İsveç hökuməti Rusiyanın Stokholmdakı səfirliyindən 5 diplomatın qovulmasına dair qərar verib.
Bizim.Media xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Billström ölkənin dövlət televiziyası SVT-yə açıqlama zamanı məlumat verib.
Nazir Tobias Billström Rusiyanın Stokholmdakı səfiri Viktor Tatarintsevi Xarici İşlər Nazirliyinə çağırdığını və diplomatik əlaqələrlə bağlı 5 rus diplomatı Vyana Konvensiyasına zidd hərəkət etdikləri üçün ölkəni tərk etmələrini söylədiklərini bildirib.
Bizim.Media