"Rusiyanın raketləri, mərmiləri və tankları tükənməyib, müdafiə sənayesi istənilən problemi həll etməyə hazırdır".
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və eks-prezident Dmitri Medvedev səsləndirib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının müdafiə sənaye kompleksi xüsusi əməliyyat səbəbindən yükün öhdəsindən gəlir və ordunun ehtiyaclarını tam ödəyir.
Eks-prezident qeyd edib ki, ABŞ Rusiyanı Sibir Birləşmiş Ştatlarına və digər ayrı-ayrı ölkələrə bölmək və onları idarə etmək istəyir.
Dmitri Medvedev vurğulayıb ki, Rusiya G20-ni başqa ölkələrlə birlikdə yaradıb və indi “ağıllarını itirən" bəzi dövlətlər onu "qovmağı" təklif edirlər.
"Bütün ölkələr yeni tammiqyaslı qlobal münaqişənin başlanmasının qarşısını almaq üçün səy göstərməlidir", deyə o yekunlaşdırıb.