İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin rəhbəri, general-mayor Məhəmmədrza Gərayi Aştianinin Rusiyaya səfəri başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
G.Aştiani Türkiyə, Rusiya, Suriya və İran müdafiə nazirləri arasında keçiriləcək dördtərəfli görüşdə iştirak etmək üçün Moskvaya səfər edib.
Qeyd edək ki, sabah Moskvada Türkiyə, Rusiya, Suriya və İranın müdafiə nazirləri və kəşfiyyat rəhbərləri arasında görüş keçiriləcək.
Bizim.Media