Rusiya Müdafiə Nazirliyi yaydığı son məlumatda bildirib ki, sülhməramlılar Həkəri körpüsü yaxınlığında nəzarət-buraxılış məntəqəsinin quraşdırılması mövzusunda Azərbaycan tərəfi ilə danışıqlar aparır.
Bizim.Media xəbər verir ki, qurum qeyd edir ki, Qarabağda atəşkəs rejimi Ağdərədə (Rusiya MN bu dəfə də “martakert” yazıb) pozulub.
Bülletendə iddia olunub ki, Azərbaycan tərəfinin “birtərəfli və razılaşdırılmamış hərəkətləri nəticəsində Laçın dəhlizi ilə nəqliyyatın hərəkəti dayandırılıb”.
Xatırladaq ki, bu ərazi Azərbaycanın suveren torpaqlarıdır və nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasını heç bir dövlətlə razılaşdırmaq fikrində deyil.
Bizim.Media