İsrailin baş naziri Binyamin Netanyahu Yerusəlimdə avtomobilin piyadaların üzərinə sürülməsini terror aktı adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə B.Netanyahunun mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, bu gün Yerusəlimin mərkəzində avtomobil piyadaların üzərinə sürülüb. Hadisə nəticəsində 5 piyada xəsarət alıb. Sürücü hadisə yerində zərərsizləşdirilib.
Bizim.Media