“Ağır atletika üzrə Avropa çempionatının açılışında Azərbaycan bayrağını yandıran dizayner, stilist Aram Nikolyan açılış mərasimində ölkənin İctimai Televiziyasının əməkdaşı kimi iştirak etməyib”.
Bizim.Media xəbər verir ki, bunu televiziyanın rəhbəri Anna Ohanyan "Sputnik Ermənistan"a deyib.
A.Ohanyan Nikolyanın işdən azad olunması xəbərini təsdiqləyib.
O bildirib ki, Ermənistan mətbuatı baş nazir Nikol Paşinyan Aram Nikolyanın ölkənin İctimai Televiziyasının baş stilisti vəzifəsindən azad edilməsi barədə sərəncam verib.
“Nikolyan mərasimdə dəvət olunmuş mütəxəssis kimi iştirak edib”, - Ohanyan vurğulayıb.
Bizim.Media