Ukrayna Beynəlxalq Valyuta Fondundan (BVF) 2.7 milyard dollar həcmində maliyyə yardımı alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Mərkəzi Bankının rəhbəri Andrey Pışnı məlumat yayıb.
“Kömək üçün tərəfdaşlara təşəkkür edirik və BVF-dən növbəti tranşı almaq üçün fəallıq göstəririk", - deyə Pışnı bildirib.
Qeyd edək ki, daha əvvəl BVF Ukraynaya ümumi 115 milyard dollarlıq maliyyə yardımının 15.6 milyard dollarlıq hissəsinin verilməsini təsdiq edən sənəd imzalayıb.
Bizim.Media