Hollandiya dövlət qulluqçularına iş telefonlarında “TikTok” proqramından istifadə etmək qadağan edilib.
Bizim.Media Niderland Yayım Korporasiyasına (NOS) istinadla xəbər verir ki, bu barədə dövlət katibi Aleksandra van Haffelenin məktubunda deyilir .
Qeyd olunub ki, dövlət işçilərinin hökumətdən aldıqları telefonlar elə qurulacaq ki, onlara yalnız əvvəlcədən təsdiq edilmiş proqramlar quraşdırıla bilsin.
Məlumata görə, Hollandiyada 140 min dövlət qulluqçusu var, lakin onlardan neçəsinin onlara verilən telefonlardan istifadə etdiyi tam aydın deyil.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniya və Belçika da oxşar addımı atıb. Bundan əlavə, ABŞ-da federal hökumət rəsmiləri üçün “TikTok”-a qadağa qoyulub.
Bizim.Media