“Çin Rusiyaya öldürücü silahlar verməməlidir”.
Bizim.Media “interfax” agentliyinə istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Şimali Atlantika Alyansında Çinin Rusiyaya hər hansı silah tədarük etdiyinə dair heç bir sübut yoxdur.
Eyni zamanda, Stoltenberq qeyd edib ki, Çinin hərbi dəstəyinə rəğmən, Rusiya Ukraynada müharibəni uduzacaq.
Bizim.Media