"Türkiyənin Finlandiyanın üzvlüyünün ratifikasiyası ilə bağlı irəliləyiş elan etməsini alqışlayıram. İsveçin də yaxın gələcəkdə tamhüquqlu üzv olmasını təmin etmək əsas prioritet olacaq".
Bizim.Media xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Finlandiyanın xarici işlər və müdafiə nazirləri ilə görüşdən sonra mətbuata birgə açıqlamasında qeyd edib.
Stoltenberq Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün birlikdə müraciət etdiklərini xatırlayıb və bildirib ki, vacib olan bu ölkələrin eyni vaxtda qoşulması deyil, tam hüquqlu üzv olmasıdır:
“Bütün NATO müttəfiqləri keçən il bizim Zirvə görüşümüzdə Finlandiya və İsveçi ittifaqımıza qoşulmağa dəvət etdilər. Təbii ki, həm Finlandiya, həm də İsveç mümkün qədər tez üzv olması vacibdir".
Bizim.Media