Fransada pensiya islahatlarına etirazlar davam edir.
Bizim.Media xəbər verir ki, pensiya yaşının artırılmasına etiraz edənlər qatarların hərəkətinə mane olublar.
Etirazçılar əllərində məşəl və bayraqlarla Paris və ətraf şəhərlərdəki dəmiryolu relslərini bağlayaraq qatarların gediş-gəlişini məhdudlaşdırıblar.
Qeyd edək ki, martın 7-dən Parisdə komunal işçilər pensiya islahatına qarşı etiraz edərək işə çıxmırlar. Fransa Prezidenti Makronun apardığı sosial siyasəti nəticəsində ölkə ciddi problemlərlə üzləşib.
Pensiya yaşının artırılması ilə bağlı təkliflər və hökumətin israrı vətəndaşların ciddi narazılığına səbəb olub. Bu səbəbdən də Fransada insanlar tətil edir, işə çıxmır. Hətta tətil nəticəsində də Parisdə zibillər aşıb-daşmağa başlayıb.
Bizim.Media